KPMG Azerbaijan’s statement regarding the results of the internal investigation in relation to media allegations
Following our previous statement in relation to certain allegations in the media regarding KPMG’s association with a client of another KPMG member firm, which allegedly has operations in the Karabakh area, KPMG has carried out an internal investigation to understand whether there was a breach of the KPMG’s policies on working in the Karabakh area.
We hereby confirm that:
- KPMG in Azerbaijan, as well other KPMG member firms continue to comply with the above-mentioned policies;
- KPMG has received confirmation from the client that to the best of their knowledge and understanding, they are working within the legal license;
- We have also reached out to the office of the Prosecutor General of Azerbaijan on the subject matter and have received an official confirmation that no criminal-legal actions have been taken against any legal entities that are members of the network of KPMG global independent audit firms or its clients, and no officials of the mentioned legal persons were charged with accusations in relation to illegal business activities on the occupied territories of the Republic of Azerbaijan during the criminal investigation or its clients, and no officials of the mentioned legal persons were charged with accusations in relation to illegal business activities on the occupied territories of the Republic of Azerbaijan during the criminal investigation.
Kütləvi informasiya vasitələrində yayımlanan iddialar ilə bağlı aparılan daxili araşdırmanın nəticələrinə dair KPMG Azərbaycan-ın bəyanatı
Qarabağ bölgəsində fəaliyyət göstərdiyi iddia edilən KPMG-nin digər bir ofisinin müştərisi ilə bağlı mətbuatda yer alan bəzi iddialarla əlaqədar əvvəlki bəyanatımızda qeyd edildiyi kimi, KPMG-nin Qarabağ bölgəsində fəaliyyət ilə bağlı qəbul edilən təlimatlarına riayət edilməsinə dair daxili araşdırma aparılmışdır.
Araşdırma nəticəsində aşağıda qeyd olunanları təsdiq edirik:
- KPMG Azərbaycan və ya KPMG-nin digər üzv şirkətləri yuxarıda adı çəkilən təlimatlara riayət etməyə davam edir;
- Qeyd olunmuş müştəridən onun məlumat və anlayışlarına görə lisenziya çərçivəsində fəaliyyət göstərdiyini KPMG-yə bəyan edən təsdiqləyici məktub alınmışdır;
- Məsələ ilə bağlı KPMG Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmiş və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı cinayət işinin istintaqı zamanı, KPMG qlobal müstəqil auditor şirkətləri şəbəkəsinin üzvü olan hər hansı hüquqi şəxs, və ya qeyd olunmuş müştəri barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmədiyi, habelə qeyd edilən hüquqi şəxslərin vəzifəli şəxsləri təqsirləndirilən şəxs qismində cəlb olunmadığı rəsmi qaydada bizə bildirilmişdir.