Document: Law of the Republic of Azerbaijan “On making amendments to the Labor Code of the Republic of Azerbaijan” (“Law”)

Date of signing: December 22, 2023

Commentary: Previously, pregnant women and women with children under the age of 3 were not allowed to work at night shifts, overtime, rest, holidays and other days that are not considered working days, as well as not allowed to undertake business trips. The involvement of women with children from 3 to 14 years of age, as well as children with disabilities up to 18 years of age, was allowed only based on their written consent. According to the new changes, pregnant women, and women with children under the age of 3 are now allowed to be involved in such work as well as undertake business trips subject to their written consent and a doctor's opinion that there is no danger to the life or well-being of them and also their childs.

Also, men who raise their children under the age of three on their own can be involved in work performed at night only with their written consent. It should be noted that no such concession was provided for the employees of this category until the present changes.

Potential impacts of the Law: We believe that these changes give special categories of employees free will regarding their working conditions provided that they protect their health and that of their children. Also it allows employers to involve the respective category of employees to night work, overtime work, rest, holidays and other days that are not considered working days, as well as send them on business trips, taking into account the requirements of the legislation. This may particularly enhance the operational efficiency of enterprises with a limited number of employees.

The Law entered into force on January 15, 2024.

Güzəştli kateqoriyaya daxil olan işçilərin əmək şəraiti ilə bağlı yeni qaydalar müəyyən edilmişdir

Sənəd: “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalanma tarixi: 22 dekabr 2023-cü il

Şərh: Əvvəllər hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə ümumiyyətlə yol verilmirdi. 3 yaşdan 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların belə işlərə cəlb edilməsinə isə yalnız onların yazılı razılığı ilə yol verilirdi. Yeni dəyişikliklərə əsasən hamilə və üç yaşınadək uşağı olan qadınların da belə işlərə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə onların yazılı razılığı və özlərinin, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda yol verilir.

Həmçinin, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər. Qeyd edək ki, hazırki dəyişikliklərə qədər bu kateqoriya işçilər üçün heç bir belə güzəşt nəzərdə tutulmurdu.

Qanunun mümkün təsirləri: Hesab edirik ki, bu dəyişikliklər həm xüsusi kateqoriyadan olan işçilərə özləri və uşaqlarının sağlamlığını qorumaq şərtilə öz əmək şəraitləri ilə bağlı sərbəst iradə azadlığı verir, həm də işəgötürənlərə qanunvericiliyin tələblərini nəzərə almaqla bu kateqoriya işçiləri gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb etmək, habelə onların ezamiyyətə göndərmək imkanı yaradır. Bu isə xüsusilə məhdud sayda işçisi olan müəssisələrin fəaliyyətini asanlaşdıraca bilər.

Qanun 15 yanvar 2024-cü ildə qüvvəyə minmişdir.

Contact