Document: Decision of the Board of the Ministry of Economy of the Republic of Azerbaijan “On approval of the amount of the charter capital of the legal entity to be paid as provided for in Articles 45.1.6-1 and 52.1.10 of the Migration Code of the Republic of Azerbaijan and the volume of turnover of the persons provided for in Clause 2 of the "Note" part of Article 45, 52.1.10 and 52.1.11 of that Code for the obtainment of a temporary residence permit” (“Decision”)

Date of signing: December 29, 2023

Commentary: Following the amendments to some provisions of the Migration Code on April 4, 2023 regarding the certain grounds for granting residence permits to foreigners and stateless persons in the territory of the Republic of Azerbaijan, additional requirement on the amount of the charter capital and the volume of turnover in relation to legal entities was determined and determination of this limit (amount) was entrusted to the relevant executive authority.

Thus, with the Decision of the Board of the Ministry of Economy of the Republic of Azerbaijan dated January 16, 2024, mentioned changes have been implemented and the following minimum limits have been defined regarding the amount of the charter capital to be paid and the volume of turnover of the following legal entity:

  • Charter capital must amount to 50.000 (fifty thousand) Azerbaijani manats and the turnover volume to 100.000 (one hundred thousand) Azerbaijani manats – to apply for the obtainment (prolongation) of a temporary residence permit in the Republic of Azerbaijan for the person who holds the position of head of a legal entity whose founder or at least one of the founders is a foreign legal or natural person established in the Republic of Azerbaijan or who owns at least 51 percent of the shares of that legal entity;
  • Charter capital must amount to 100.000 (one hundred thousand) Azerbaijani manats, and the turnover volume to 200.000 (two hundred thousand) Azerbaijani manats for the above-mentioned entity - to apply for the obtainment (prolongation) of a permanent residence permit in the Republic of Azerbaijan  

Potential impacts of the Decision:

We believe that, on the one hand, this Decision is important in terms of preventing the acquisition of permits without actual operation in the Republic of Azerbaijan and bringing any values which leads to the misuse of the annual quota for allowed number of temporary and permanent residence permits, also increasing the attraction of additional investment to the country, but on the other hand, it will set a barrier for newly established legal entities with foreign investment to obtain  a residence permit.

Thus, legal entities with foreign investment must increase their charter capital to qualify for a temporary residence permit for their head. Failure to meet this requirement will result in the inability to secure a temporary residence permit for the head of such legal entities on this basis. However, fulfilling the aforementioned condition will not only enable the head but also the founder with a 51% share to obtain a residence permit on the same basis."

The Decision entered into force on January 16, 2024.

Yaşayış icazəsinin alınması üçün yeni qaydalar müəyyən olunub.

Sənəd: Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və 52.1.10-cu maddələrində nəzərdə tutulan hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarının və həmin Məcəllənin 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində, 52.1.10-cu və 52.1.11-ci maddələrində nəzərdə tutulan şəxslərin dövriyyə həcminin təsdiq edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (“Qərar”)

İmzalanma tarixi: 29 dekabr 2023-cü il

Şərh: 4 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin bəzi maddələrinə edilmiş dəyişikliklərlə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verilməsi hallarından bəziləri ilə bağlı hüquqi şəxslərə münasibətdə nizamnamə kapitalının miqdarı və dövriyyənin həcmi ilə bağlı əlavə tələb müəyyən edilmiş və bu həddin (məbləğin) müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanına həvalə edilmişdir.

Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 16 yanvar 2024-cü il tarixli Qərarı ilə qeyd edilən dəyişikliklər tətbiq edilmiş və bu aşağı hədlər müəyyən edilmişdir:

  • Nizamnamə kapitalının miqdarı 50.000 (əlli min) Azərbaycan manatı, dövriyyə həcmi isə 100.000 (yüz min) Azərbaycan manatı məbləğində müəyyən olunmuşdur -  Azərbaycan Respublikasında təsis edilmiş təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutan və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) müraciəti üçün;
  • Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün müraciətlə əlaqəli hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı 100.000 (bir yüz min) Azərbaycan manatı, dövriyyə həcmi isə 200.000 (iki yüz min) Azərbaycan manat olması müəyyən edilmişdir.

Qərarın mümkün təsirləri:

Hesab edirik ki, bu Qərar bir tərəfdən Azərbaycan Respublikasında faktiki fəaliyyət göstərmədən və heç bir töhfə vermədən və beləliklə müvəqqəti və daimi yaşamaq icazələrinin icazə verilən sayını müəyyən edən illik kvotanın sui-istifadəsinə gətirib çıxaran icazələrin alınmasının qarşısını almaq və ölkəyə əlavə investisiya cəlbini artırmaq baxımından əhəmiyyətli olsa da, digər tərəfdən yeni yaradılan xarici investisiyalı hüquqi şəxslərə münasibətdə yaşayış icazəsinin alınması şərtlərini çətinləşdirəcəkdir.

Belə ki, artıq xarici investisiyalı hüquqi şəxslər rəhbər üçün müvəqqəti yaşayış icazəsinin alınması məqsədilə nizamnamə kapitalını artırmalıdır. Əks halda əvvəlki illərdə olduğu kimi, artıq belə hüquqi şəxslərin rəhbərinə bu əsasla müvəqqəti yaşayış icazəsinin alınması mümkün olmayacaq. Lakin qeyd edilən şərt ödənildiyi halda, nəinki rəhbər şəxs, həmçinin 51% paya malik təsisçi də eyni əsasla yaşayış icazəsi ala biləcəkdir.

Qeyd edək ki, Qərar 16 yanvar 2024-cü ildə qüvvəyə minmişdir.

Contact