Document: Decree of the President of the Republic of Azerbaijan on the approval of "Directions of strategic investment projects for for the issuance of an investment promotion document" ("Decree")

Date of signing: February 1, 2024

Commentary: Pursuant to the Decree, the following are defined as directions of strategic investment projects for which an investment promotion document can be issued:

  1. Production projects based on local raw material base (metal ore, oil, gas, chemical, construction materials and cotton fields);
  2. Energy production projects based on renewable energy sources;
  3. Waste management and recycling projects;
  4. Seawater desalination projects;
  5. Projects related to establishment of private industrial districts;
  6. Production projects of non-oil industry enterprises privatized through investment competitions after January 1, 2023;
  7. "First in Azerbaijan" projects implemented in the direction of creation of economic activity areas, the production of which is organized for the first time in the Republic of Azerbaijan, which promotes the level of self-sufficiency with local products (import substitution) or increase of the export potential of the non-oil sector;
  8. Aircraft operation and maintenance projects;
  9. Projects for the repair of railway rolling stock and the production of its spare parts;
  10. Production projects of military products;
  11. Aluminum products production projects;
  12. Public-private partnership projects (including electricity generation projects implemented by the private sector with the government's purchase obligation)
  13. Accommodation project within the framework of COP29 international event.

Potential impacts of the Decree: Legal entities and individual entrepreneurs who have been granted an investment promotion document are exempted from a number of taxes and customs duties stipulated in the legislation.

Business entities operating in the specified areas and meeting the minimum project volume requirement can obtain the relevant investment promotion document. They may benefit from associated privileges by submitting their investment project along with the required additional documents.

The Decree entered into force on February 1, 2024.

İnvestisiya təşviqi sənədi üçün strateji investisiya layihələrinin istiqamətləri müəyyənləşib.

Sənəd: “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Fərman”)

İmzalanma tarixi: 1 fevral 2024-cü il

Şərh: Fərman əsasında aşağıdakılar investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri kimi müəyyən edilmişdir:

  1. Yerli xammal bazasına (metal filiz, neft, qaz, kimya, tikinti materialları və pambıq sahələri) əsaslanan istehsal layihələri;
  2. Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;
  3. Tullantıların idarə olunması və təkrar emalı layihələri;
  4. Dəniz suyunun duzsuzlaşdırılması layihələri;
  5. Özəl sənaye məhəllələrinin yaradılması layihələri;
  6. 2023-cü il yanvarın 1-dən sonra investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft sənayesi müəssisələrinin istehsal layihələri;
  7. Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən “Azərbaycanda ilk” (“First in Azerbaijan”) layihələri;
  8. Hava gəmilərinin istismarı və onlara texniki xidmət göstərilməsi layihələri;
  9. Dəmir yolunun hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;
  10. Hərbi təyinatlı məhsulların istehsalı layihələri;
  11. Alüminium məhsullarının istehsalı layihələri;
  12. Dövlət−özəl tərəfdaşlığı (dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən həyata keçirilən elektrik enerjisi istehsalı layihələri daxil olmaqla) layihələri;
  13. COP29 beynəlxalq tədbiri çərçivəsində qonaqlama layihəsi.

Fərmanın mümkün təsirləri: Qeyd edək ki, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar qanunvericilikdə nəzərdə tutulan bir sıra vergi və gömrük rüsumlarından azad olunurlar.

Qeyd edilən istiqamətlər üzrə fəaliyyət göstərən və layihənin həcmi ilə bağlı minimal məbləğ tələbini ödəyən biznes subyektləri investisiya təşviqi sənədini ala bilər. Müvafiq imtiyazlardan faydalana bilmək üçün onlar investisiya layihəsini tələb olunan əlavə sənədlərlə birgə təqdim etməlidir.

Fərman 1 fevral 2024-cü ildə qüvvəyə minmişdir.

Contact