Document: Law of the Republic of Azerbaijan “On Arbitration” (“Law”)

Date of signing: December 26, 2023

Summary: Similar to the preceding Law on International Arbitration, the newly adopted Law has also been developed based on the UNCITRAL Model Law on International Commercial Arbitration. However, the new Law also incorporates the 2006 amendments to the Model Law. In addition, the concept of the “Domestic arbitration” institution has been introduced in the legal framework for the first time, and it comprehensively addressed pivotal aspects pertaining to its establishment and regulation, thus presenting new prospects in the realm of alternative dispute resolution in Azerbaijan, particularly within the business environment.

We hereby draw attention to the noteworthy innovations introduced by the Law on Arbitration:

1. Wider scope of application of the Law:

For the first time, the concept of "domestic arbitration" has been included in the legislation, and the scope of the new Law is not only applied to international commercial arbitration, but also to other matters specified below.

2. Types of arbitration: In addition to the incorporation of 'domestic arbitration' within the legal framework, the recent legislation encompasses provisions governing 'permanent arbitration organizations' and 'Ad hoc arbitration' institutions, delineating their legal status. Permanent arbitration organizations are duly registered and accredited entities, as per legislative guidelines, tasked with administering arbitration proceedings and overseeing organizational protocols, excluding matters pertaining to the authority of the arbitration court. Ad hoc arbitration denotes an arbitration court not under the auspices of a permanent arbitration organization, exclusively addressing issues within the purview of the arbitration court and applicable solely to international arbitration. The introduction of these new concepts is complemented by the inclusion of provisions for the register of arbitrators, arbitrators' responsibilities, and the requisite qualifications for arbitrators.

3. Scope of Arbitrable Disputes: Unlike the previous legislation, the new Law precisely delineates the range of disputes eligible for resolution through arbitration and explicitly outlines the categories of cases prohibited from being resolved through arbitration. These include:

  • cases related to criminal and administrative offenses;
  • cases arising from administrative and other public legal relations;
  • disputes arising from family relations;
  • cases related to the legal status of a person;  
  • labor disputes;
  • disputes in the field of environmental protection;
  • inheritance cases;
  • disputes related to determination of intellectual property rights and registration of these rights;
  • competition law and protection of consumers' rights, as well as disputes arising in connection with consumer loans;
  • disputes related to ownership and other property rights over real estate located in the territory of the Republic of Azerbaijan;
  • insolvency and bankruptcy cases;
  • cases regarding claims related to the cancellation of a legal entity or the cancellation of its decisions (if the legal entity has a legal address (location) in the Republic of Azerbaijan);
  • disputes involving individuals as a party (if these disputes are not related to the entrepreneurial activity of individuals);
  • cases of claims against carriers arising from contracts of carriage;
  • disputes related to the lease of real estate located in the territory of the Republic of Azerbaijan.

The aforeentioned cases fall within the exclusive jurisdiction of the court as defined by existing legislation. Nevertheless, the recent enactment of the new Law permits the resolution of claims cases against carriers and disputes arising from real estate leases through local arbitration.

4. Interim measures: While the preceding Law allowed for the potential application of interim measures as a general provision, it lacked specific norms and a mechanism to ascertain their implementation. This absence of clear guidelines rendered the practical enforcement of such measures unfeasible. In the new Law, the issues related to the application of interim measures are reflected. The scope of interim measures, the conditions of their application, changes, suspension, implementation, and cancellation are regulated in more detail.

5. Enforcement and recognition of arbitral awards: As a continuation of the implementation of the domestic arbitration institution in the legislation, the new law introduced a new and different approach to the issues of execution and recognition of arbitration awards, including the implementation and recognition of local arbitration awards. Thus, the execution of local arbitration awards is distinguished from the execution of foreign arbitration awards, and specific rules are defined regarding their execution and recognition.

Potential impact: We anticipate that the newly enacted Law will have a positive influence on attracting foreign investments, introducing substantial innovations in the realm of alternative dispute resolution, and fostering a favorable investment environment within the country. The coexistence of the established court system and alternative means of dispute resolution, including arbitration, serves as a guarantor for businesses operating within the nation. The new Law, by defining the concrete scope of arbitrable issues, addresses longstanding disagreements and ambiguities.

The detailed regulation governing the application of interim measures in the new Law enhances the significance of arbitration. Previously perceived as a subsidiary tool primarily associated with court proceedings, arbitration courts will now have the authority to apply these measures to the same extent.

While the previous legislation did not expressly prohibit domestic arbitration, its lack of clearly defined legal regulations made this type of arbitration a practically ineffective tool.

With the adoption of the new law, business entities operating within the country will easily opt for arbitration as an alternative dispute resolution method in their commercial contracts.

The Law entered into force on January 25, 2024, and with the adoption of the Law, the preceding Law "On International Arbitration" was repealed. However, the adoption of the Law does not apply to the recognition and execution of arbitration awards of foreign arbitration courts pending before the Supreme Court of the Republic of Azerbaijan until its entry into force.

“Arbitraj haqqında” yeni Qanun qəbul edilmişdir

Sənəd: “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalanma tarixi: 26 Dekabr 2023-cü il

Xülasə: Əvvəllər qüvvədə olan Beynəlxalq arbitraj haqqında Qanun kimi, yeni qəbul edilmiş Qanun da, Beynəlxalq Kommersiya Arbitrajı haqqında UNCITRAL-ın Model Qanunu əsasında hazırlanmışdır. Lakin yeni Qanun Model Qanuna edilmiş 2006-cı il tarixli dəyişiklikləri də özündə əks etdirmişdir.  Bununla yanaşı, qanunvericiliyə ilk dəfə “daxili arbitraj” institutu gətirilmiş, onun təşkili və tənzimlənməsi ilə bağlı mühüm məsələlər əhatə olunmuşdur. Bu isə Azərbaycanda mübahisələrin alternativ həlli sahəsi, xüsusilə, ölkədəki biznes mühiti üçün yeni perspektivlər açır.

Arbitraj haqqında Qanunun gətirdiyi aşağıdakı əhəmiyyətli yenilikləri diqqətinizə çatdırırıq:

1. Qanunun daha geniş tətbiq dairəsi. İlk dəfə olaraq qanunvericiliyə “daxili arbitraj” anlayışı daxil edilmiş və, yeni Qanunun tətbiq dairəsi yalnız beynəlxalq kommersiya arbitrajına deyil, həmçinin aşağıda qeyd edilmiş digər məsələlərə də tətbiq edilməyə başlamışdır.

2. Arbitrajın növləri. Yeni Qanunda “daxili arbitraj” anlayışı ilə yanaşı, “daimi arbitraj təşkilatları”nı və “Ad hok arbitraj” institutunu tənzimləyən, onların hüquqi statusunu müəyyən edən maddələr də daxil edilmişdir. Belə ki, daimi arbitraj təşkilatları arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatını idarə edən, təşkilati təminatını həyata keçirən qanunvericiliyə uyğun olaraq qeydiyyata alınmış və akkreditasiyadan keçmiş təşkilatlardır.  Ad hok arbitraj isə daimi arbitraj təşkilatı tərəfindən idarə edilməyən və bilavasitə arbitraj məhkəməsinin səlahiyyətlərinə aid olan məsələləri  həll edən arbitraj məhkəməsidir və yalnız beynəlxalq arbitraja münasibətdə təşkil edilə bilir. Yeni anlayışların daxil edilməsi ilə qanunda arbitrların reyestri, arbitrların məsuliyyəti, arbitrlara münasibətdə tələblər də öz əksini tapmışdır. 

3. Arbitraj qaydasında həll edilən mübahisələrin dairəsi. Əvvəlki Qanundan fərqli olaraq, yeni Qanunda arbitrajda həll edilə bilən mübahisələrin və arbitrajda həll edilməsinə yol verilməyən işlərin dairəsi konkret olaraq müəyyən edilmişdir. Bunlara aşağıdakılar aiddir:

  • cinayət və inzibati xətalarla bağlı işlər;
  • inzibati və digər publik hüquq münasibətlərindən irəli gələn işlər;
  • ailə münasibətlərindən irəli gələn mübahisələr;
  • şəxsin hüquqi vəziyyəti (statusu) ilə bağlı işlər;
  • əmək mübahisələri;
  • ətraf mühitin mühafizəsi sahəsində mübahisələr;
  • vərəsəlik işləri;
  • əqli mülkiyyət hüquqlarının müəyyən edilməsi və bu hüquqların qeydiyyatı ilə bağlı mübahisələr;
  • Rəqabət hüququ və istehlakçıların hüquqlarının müdafiəsi, habelə istehlak kreditləri ilə əlaqədar yaranan mübahisələr;
  • Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları ilə bağlı yaranan mübahisələr;
  • müflisləşmə və iflasa dair işlər;
  • hüquqi şəxsin ləğvi, yaxud onun qərarlarının ləğvi ilə bağlı iddialara dair işlər (hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) olduqda);
  • fiziki şəxslərin tərəf olduğu mübahisələr (bu mübahisələr fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda);
  • yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər;
  • Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı mübahisələr.

Qeyd edilən işlər qanunvericiliyə əsasən məhkəmənin müstəsna səlahiyyətinə aid olan işlərdir. Lakin yeni Qanuna əsasən yükdaşıyanlara qarşı iddialara dair işlər və daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı mübahisələrin yerli arbitrajda həll edilməsinə yol verilir.

4. Müvəqqəti təminat tədbirləri. Əvvəlki Qanun müvəqqəti təminat tədbirlərinin tətbiqi imkanını ümumi norma şəklində nəzərdə tutsa da, qanunda onun tətbiqini müəyyən edən normalar və mexanizm yox idi. Bu isə belə tədbirlərin praktikada tətbiqini mümkünsüz edirdi. Yeni Qanunda müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır. Belə ki, təminat tədbirlərinin dairəsi, tətbiq edilməsi şərtləri, dəyişdirilməsi, dayandırılması, icrası və ləğvi ilə bağlı məsələlər daha detallı şəkildə tənzimlənmişdir.

5. Arbitraj qərarlarının icrası və tanınması. Daxili arbitraj institutunun qanunvericilikdə tətbiqinin davamı olaraq, yeni qanunda Arbitraj qərarlarının icrası və tanınması məsələlərinə, o cümlədən yerli arbitraj qərarlarının icrası və tanınmasına yeni və fərqli yanaşma gətirilmişdir. Belə ki, yerli arbitraj qərarlarının icrası xarici arbitraj qərarlarının icrasından fərqləndirilmiş və onların icrası və tanınması ilə bağlı spesifik qaydalar müəyyən olunmuşdur.

Qanunun mümkün təsirləri: Hesab edirik ki, yeni Qanun mübahisələrin alternativ həlli sahəsində çox əhəmiyyətli yeniliklər gətirməklə, biznes sahəsinə, habelə ölkədə əlverişli investisiya mühiti yaratmaqla xaricdən yeni investisiyaların cəlb olunmasına da müsbət təsir edəcək. Belə ki, oturuşmuş məhkəmə sistemi ilə bərabər, mübahisələrin ədalətli həlli üçün alternativ vasitələrinin, o cümlədən arbitrajın mövcudluğu ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün qarantiya kimi çıxış edir. Yeni qanunda arbitraj qaydasında həll edilən məsələlərin dairəsini konkretləşdirməklə, bu sahədə illərlə mövcud olan fikir ayrılıqlarına və qeyri-müəyyənliklərə də aydınlıq gətirmişdir. 

Müvəqqəti təminat tədbirlərinin tətbiqinin yeni Qanunda detallı tənzimlənməsi də arbitrajın əhəmiyyətini artıran amillərdəndir. Əvvəllər bu vasitə əsasən məhkəmə işlərinə xas köməkçi vasitə hesab edilirdisə, artıq arbitraj məhkəmələri də bu tədbirlərdən eyni dərəcədə köməkçi vasitə kimi istifadə edə biləcək.

Qanunvericilikdə daxili arbitraj institutu qadağan edilməsə də, onun hüquqi tənzimi də müəyyən edilməmişdi. Bu isə bu növ arbitrajı praktiki cəhətdən qeyri-effektiv bir vasitəyə çevirirdi.

Yeni qanunun qəbulu ilə artıq ölkə daxilində fəaliyyət göstərən biznes subyektləri öz aralarında bağladıqları kommersiya müqavilələrində rahatlıqla mübahisələrin alternativ həlli vasitəsi kimi arbitraj üsulunu seçə biləcək.

Qanun 25 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş və Qanunun qəbul edilməsi ilə “Beynəlxalq arbitraj haqqında” Qanun ləğv edilmişdir. Lakin Qanunun qəbul edilməsi onun qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası üzrə işlərə tətbiq edilmir.

Contact