Document: Law of the Republic of Azerbaijan “On approval, entry into force of the Competition Code of the Republic of Azerbaijan ("Code") and legal regulation related to these actions”

Date of signing: December 8, 2023

Commentary: The Code incorporates several new regulatory norms in comparison to preceding legislations.

Agreements restricting competition. In Article 11 of the Code, the scope of horizontal agreements limiting competition has been broadened to encompass: (i) pre-arrangements among economic entities participating, or intending to participate, in public procurement, auctions, and other competitions, including agreements on sale (purchase) prices to be offered, and (ii) the inclusion of conditions (obligations) unrelated to the subject matter of said agreements, or deemed unfavorable for it, based on their inherent nature and prevalent business practices.

The Code also defines the specific scope of vertical agreements in contrast to  the Law "On Antimonopoly activity".

In Articles 13 and 14 of the Code, cases where horizontal and vertical agreements limiting competition are not prohibited based on the small market shares of the agreement participants and the economic efficiency of the agreements are also defined.

Dominant position in the market. In the Code, a more detailed regulation of the dominant position and high market power is allocated, its criteria, the range of their influence on the market are defined, and the range of prohibited abusive actions is defined.

Unfair competition. The chapter on unfair competition has been defined in the Code and the list of unfair competition cases provided for in the current legislation has been expanded. Thus, aggressive behavior towards customers, illegal acquisition, use or distribution of trade secret and other cases are now also included in the scope of unfair competition cases.

Furthermore, the Code encompasses provisions regarding natural monopolies, control measures within competition law, and the substantive and procedural aspects of administratively investigating violations of competition law. A more comprehensive legal analysis of the new Code will be expounded upon in future Legislative Updates.

Potential impacts of the Code: The new Code expands the scope of unfair competition cases and provides more concrete and detailed regulations on procedural matters. From this point of view, the Code is an important innovation for the legislation of Azerbaijan, it has a more practical nature, which promises the real implementation of the protection of market subjects from unfair competition and monopolies.

The Code enters into force on July 1, 2024.

Azərbaycan Respublikasında yeni Rəqabət Məcəlləsi qəbul edilmişdir

Sənəd: Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (“Məcəllə”) təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunu

İmzalanma tarixi: 8 dekabr 2023-cü il

Şərh: Məcəllə əvvəl qüvvədə olan  qanunvericiliklə  müqayisədə bir sıra yeni tənzimləyici normaları özündə əks etdirir.

Rəqabəti məhdudlaşdıran sazişlər. Məcəllənin 11-ci maddəsində rəqabəti məhdudlaşdıran üfüqi sazişlərin dairəsi genişləndirilmişdir: (i) dövlət satınalmaları, hərrac və digər müsabiqələrdə iştirak edən və ya iştirak edəcək təsərrüfat subyektlərinin və (və ya) təklif olunacaq satış (alış) qiymətlərinin onlar arasında əvvəlcədən razılaşdırılması, (ii) saziş iştirakçısı olmayan rəqiblərlə müqavilələrə mahiyyətinə və işgüzar adətlərə əsasən, həmin müqavilələrin predmeti ilə əlaqəsi olmayan və (və ya) onun üçün əlverişsiz olan şərtin (öhdəliyin) daxil edilməsi və s. rəqabəti məhdudlaşdıran üfüqi sazişlərin sırasına aid edilmişdir.

Məcəllədə həmçinin “Antiinhisar fəaliyyəti haqqında” Qanundan fərqli olaraq şaquli sazişlərin konkret dairələri müəyyən edilmişdir.

Məcəllənin 13-cü və 14-cü maddələrində saziş iştirakçılarının birgə bazar paylarının azlığı və sazişlərin iqtisadi səmərəliliyi əsas götürülməklə rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin qadağan olunmadığı hallar da müəyyən edilmişdir.

Bazarda hökmran mövqe. Məcəllədə, bazarda hökmran mövqe və yüksək bazar gücünün daha detallı tənziminə yer ayrılmış, onun meyarları, onların bazara təsir imkanlarının dairəsi müəyyənləşdirilmiş, qadağan olunan sui-istifadə hərəkətlərinin dairəsi müəyyən edilmişdir.

Haqsız rəqabət. Məcəllədə haqsız rəqabətlə bağlı fəsil müəyyən edilmiş və mövcud qanunvericilikdə nəzərdə tutulan haqsız rəqabət hallarının dairəsi genişləndirilmişdir. Belə ki, müştərilərə qarşı aqressiv davranış, kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması və digər hallar da haqsız rəqabət hallarının dairəsinə daxil edilmişdir.

Bundan başqa Məcəllədə təbii inhisarlara, rəqabət qanunvericiliyinə nəzarət tədbirlərinə və rəqabət qanunvericiliyinin pozulması hallarının inzibati araşdırılmasının maddi və prosessual aspektlərinə də yer ayrılmışdır. Yeni Məcəllənin daha detallı hüquqi təhlilinə gələcək Qanunvericilikdə baş vermiş yenilik bülletenlərində yer veriləcəkdir.

Qanunun mümkün təsirləri: Yeni Məcəllədə haqsız rəqabət hallarının dairəsi genişləndirilmiş və prosessual məsələlər daha konkret və detallı tənzimlənmişdir. Bu baxımdan Məcəllə Azərbaycan qanunvericiliyi üçün mühüm yenilik olub, daha praktiki xarakter daşıyır ki, bu da bazar subyektlərinin haqsız rəqabət, inhisarçılıq hallarından müdafiəsinin real şəkildə həyata keçirilməsini vəd edir.

Qeyd edək ki, Qanun 01 iyul 2024-cü il tarixdən qüvvəyə minəcəkdir.

Contact