Document: Law of the Republic of Azerbaijan “On making amendments to the Civil Procedure Code of the Republic of Azerbaijan and Law of the Republic of Azerbaijan “On making amendments to the Law on Mediation”

Date of signing: December 26, 2023

Summary: Corresponding changes have been made to the Civil Procedure Code in connection with the adoption of the new Law on Arbitration and the innovations introduced in the legislation regarding the arbitration institution. So that:

The concept of "jury court", which was originally in the Civil Procedure Code and was confused with the concept of court very often, therefore, has been replaced with the concept of "arbitration".

Furthermore, with the establishment of domestic arbitration institutions, commercial disputes are now exempted from the mandatory mediation requirement. This signifies that, as per the amendment, business entities are no longer obligated to seek mediation prior to initiating legal proceedings for commercial disputes. At the same time, the Law of the Republic of Azerbaijan "On Mediation" has been amended accordingly and "commercial disputes" have been removed from the scope of cases requiring an initial mediation.

The subsequent amendment to the Civil Procedure Code relates to the courts' control and assistance functions in connection with the arbitration process. While the previous arbitration legislation also provided the court's role in providing assistance and supervision, it lacked a specific mechanism for its implementation. The current amendment introduces specific norms within the Civil Procedure Code, in particular, provisions for providing evidence, addressing objections, interim measures, appointing arbitrators, contesting and enforcing arbitration decisions.

Another pivotal amendment involves the distinct treatment of the enforcement process for local arbitration awards as compared to foreign arbitration awards. This entails the establishment of separate regulations governing the enforcement procedures of domestic arbitration awards.

Potential impact of the Law: The recent amendments hold paramount importance for the advancement of the arbitration institution in the country. While previous legislation outlined general provisions concerning control and assistance functions in arbitration and the recognition and execution of decisions, the absence of a specific implementation mechanism diminished the efficacy of arbitration as an alternative dispute resolution tool.

The primary innovation introduced by the changes is the specific definition of the mechanism for recognizing and executing decisions made by local arbitration courts in the legislation. This makes the local arbitration court an effective tool for resolving disputes.

The Law has entered into force on January 25, 2024.

Mülki Prosessual Məcəlləyə və Mediasiya haqqında qanuna dəyişikliklər edilib

Sənəd: “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasının “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu

İmzalanma tarixi: 26 dekabr 2023-cü il

Xülasə: Arbitraj haqqında yeni Qanunun qəbul edilməsi və arbitraj institutu ilə bağlı qanunvericiliyə gətirilən yeniliklərlə əlaqədar Mülki Prosessual Məcəlləyə də müvafiq dəyişikliklər edilmişdir. Belə ki:

İlkin olaraq, Mülki Prosessual Məcəllədə olan və  bir çox hallarda məhkəmə anlayışı ilə qarışdırılan “münsiflər məhkəməsi” anlayışı “arbitraj” anlayışı ilə əvəzlənmişdir.

Bundan əlavə, daxili arbitraj təşkilatlarının yaradılması ilə kommersiya mübahisələri məcburi mediasiya tələbindən azad edilmişdir. Yəni dəyişikliyə əsasən, artıq sahibkarlıq subyektlərindən kommersiya mübahisələri ilə əlaqədar məhkəməyə müraciət etməmişdən öncə, mediasiyaya müraciət etmək tələb olunmur. Bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa da müvafiq dəyişikliklər edilmiş və “kommersiya mübahisələri” ilkin mediasiyaya müraciət tələb olunan işlər sırasından çıxarılmışdır.

Məcəlləyə növbəti dəyişiklik, arbitraj prosesinə məhkəmələrin nəzarət və yardım funksiyaları ilə bağlıdır. Belə ki, əvvəlki arbitraj qanunvericiliyində də məhkəmənin yardım və nəzarət imkanı nəzərdə tutulsa da, bunun icrası üçün qanunda hər hansı xüsusi bir mexanizm yox idi. Hazırkı dəyişiklik ilə Məcəlləyə sübutların təmin edilməsi, etirazlara baxılması, müvəqqəti təminat tədbirləri, arbitrlərin təyin edilməsi, arbitraj qərarlarının mübahisələndirilməsi və icrası kimi məsələləri tənzimləyən spesifik normalar daxil edilmişdir.

Daha bir əhəmiyyətli dəyişiklik isə yerli arbitraj qərarlarının icrasının xarici arbitraj qərarlarının icrasından fərqləndirilməsi və yerli arbitraj qərarlarının icrası ilə bağlı daha fərqli qaydaların müəyyən edilməsindən ibarətdir.

Qanunun mümkün təsirləri: Yeni dəyişikliklər ölkədə arbitraj institutunun inkişafı baxımından çox vacibdir. Əvvəllər də qanunvericilikdə arbitrajla bağlı nəzarət və yardım funksiyaları, qərarların tanınması və icrası kimi məsələlər ümumi formada müəyyən edilsə də, konkret icra mexanizminin müəyyən edilməməsi arbitrajın mübahisələrin alternativ həlli vasitəsi kimi effektivliyini minimuma endirirdi.

Dəyişikliklərin gətirdiyi əsas yenilik ondan ibarətdir ki, artıq yerli arbitraj məhkəmə qərarlarının tanınması və icrası mexanizmi qanunvericilikdə konkret şəkildə müəyyən olunur. Bu isə yerli arbitraj məhkəməsini mübahisələrin həllində effektiv bir vasitəyə çevirir.

Qanun 25 yanvar 2024-cü ildə qüvvəyə minmişdir.

Contact