Document: The Law of the Republic of Azerbaijan “On valuation” (“Law”)
Date of signing: December 8, 2023
Commentary: The Law establishes the organizational, economic, and legal basis for valuation activities in the Republic of Azerbaijan and defines a number of new rules compared to the previous law.
Below are the key changes included in the Law:
- Requirements for valuators. According to the Law, a person who has a higher education and a total work experience of not less than 3 years, who has successfully passed the qualification exam and is a member of the Chamber of Valuators can be a valuator.
- Qualification exam. The Law defines the rules for holding a qualification exam to engage in valuation activities, as well as admission to membership in the Chamber of Valuators. The qualification exams will be held by the State Examination Center, consisting of a written test. The candidate who has successfully passed the exam is given a qualification certificate for the relevant direction of evaluation activity. A person who has received a qualification certificate applies to the Presidium of the Chamber of Valuators for admission to membership.
- Chamber of Valuators. The Chamber of Valuators is a non-commercial legal entity established on the basis of the mandatory membership of valuators and carrying out its activities on the principle of self-management. Persons who are not members of the Chamber of Valuators are not entitled to engage in valuation activities in the territory of the Republic of Azerbaijan.
- Professional indemnity insurance of valuators. According to the law, valuators must have professional indemnity insurance during the period of their activity.
- Liability of valuators. If the valuator violates the requirements of the legislation of the Republic of Azerbaijan and the ethical conduct rules of valuators, the Presidium of the Chamber of Valuators may impose a disciplinary sanction in the form of a reprimand or suspension of the right to engage in appraisal activity for a period of 3 months to 1 year.
As per the Law, mandatory valuation must be carried out in the following cases:
- When state and municipal property is transferred;
- When the damage to the insured state and municipal property is identified as a result of the occurrence of an insurance event under the types of compulsory insurance;
- When state-owned capital funds are re-valued;
- In other cases prescribed by law or court decision.
Potential impact of the Law. With the adoption of the Law, a unified regulatory mechanism will be established in the field of assessment.
The Law establishes stricter rules for operating in the field of valuation than the previous law (qualification exam, membership in the Chamber of Valuators, requirements for professional indemnity insurance, etc.)
With the establishment of the Chamber of Valuators, a framework will be set up to facilitate the regulation of valuation activities, as well as effective oversight and control over the conduct of valuators.
The Law will enter into force on July 1, 2024. Articles 4 (scope of valuation activities), 6 (holding of qualification exam for engaging in evaluation activities), and 27 (transitional provisions) of the Law shall enter into force on the day of publication of the Law, namely on December 30, 2023.
Qiymətləndirmə haqqında yeni Qanun qəbul olunub
Sənəd: Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu (“Qanun”)
İmzalanma tarixi: 8 dekabr 2023-cü il
Şərh: Qanun Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını müəyyən edir əvvəlki qanunla müqayisədə bir sıra fərqli qaydalar müəyyən edir.
Qanunda qeyd olunan əsas yeniliklər aşağıdakılardır:
- Qiymətləndiricilər üçün tələblər. Qanuna əsasən, ali təhsilə və 3 ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxs qiymətləndirici ola bilər.
- İxtisas imtahanı. Qanunda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanının keçirilməsi, həmçinin Qiymətləndiricilər Palatasına üzvlüyə qəbul qaydaları müəyyən olunmuşdur. İxtisas imtahanları yazılı testdən ibarət olmaqla Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək. İmtahanı müvəffəqiyyətlə vermiş namizədə qiymətləndirmə fəaliyyətinin müvafiq istiqaməti üzrə ixtisas şəhadətnaməsi verilir. İxtisas şəhadətnaməsini almış şəxs üzvlüyə qəbul edilmək üçün Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinə ərizə ilə müraciət edir.
- Qiymətləndiricilər Palatası. Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Qiymətləndiricilər Palatasının üzvü olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməzlər.
- Qiymətləndiricilərin peşə məsuliyyətinin sığortası. Qanuna əsasən qiymətləndiricilər fəaliyyət müddəti ərzində peşə məsuliyyətlərini sığorta etdirməlidirlər.
- Qiymətləndiricilərin məsuliyyəti. Qiymətləndirici tərəfindən qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanunvericiliyinin və qiymətləndiricinin etik davranış qaydalarının tələbləri pozulduqda Qiymətləndiricilər Palatasının Rəyasət Heyəti tərəfindən töhmət və ya 3 aydan 1 il müddətinədək qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququnun dayandırılması növündə intizam tənbehi tətbiq edilə bilər.
Qanuna əsasən aşağıdakı hallarda qiymətləndirmə obyektinin məcburi qiymətləndirilməsi həyata keçirilməlidir:
- Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə;
- İcbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə;
- Dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə;
- Qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda.
Qanunun mühüm təsirləri. Qanunun qəbul edilməsi ilə qiymətləndirmə sahəsində vahid normativ tənzimləmə mexanizmi yaranacaq.
Qanun qiymətləndirmə sahəsində fəaliyyət göstərmək üçün əvvəlki qanuna nisbətən daha ciddi qaydalar müəyyən edir (ixtisas imtahanı, Qiymətləndiricilər Palatasına üzvlük, peşə məsuliyyətinin sığortası tələbləri və s.).
Qiymətləndiricilər Palatasının yaradılması ilə qiymətləndiricilərin fəaliyyətinin tənzimlənməsi, eyni zamanda qiymətləndiricilərin fəaliyyətinə nəzarət imkanları yaranacaq.
Qanun 1 iyul 2024-cü il tarixində qüvvəyə minəcək. Qanunun 4-cü (qiymətləndirmə fəaliyyətinin istiqamətləri), 6-cı (qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanının keçirilməsi) və 27-ci (keçid müddəaları) maddələri isə Qanunun dərc olunduğu gündən, yəni 30 dekabr 2023-cü il tarixindən qüvvəyə minir