Document: The Rules on implementation of state control in the field of efficient use of energy resources and energy efficiency approved by the Decree of the President of the Republic of Azerbaijan dated July 17 (the “Rules”)
Date of signing: July 17, 2023
Commentary: The Rules have been formulated based on Article 22 of the Law of the Republic of Azerbaijan on Efficient Use of Energy Resources and Energy Efficiency. These Rules govern the relationships concerning the enforcement of state control in the domain of efficient energy resource utilization and energy efficiency.
The Ministry of Energy of the Republic of Azerbaijan ("Ministry") is responsible for overseeing matters in this domain.
Control in this area is conducted through the following avenues:
1. Conducting mandatory energy audits.
2. Ensuring compliance with energy management system requirements.
3. Appointment of energy managers by entities subject to control.
4. Calculating consumed energy.
5. Disseminating information to consumers and safeguarding it.
6. Fulfillment of specified obligations for efficient utilization of energy resources by energy producers, in alignment with the outcomes of energy efficiency potential assessments.
The Rules also delineate the monitoring methods and the measures that the Ministry undertakes with respect to subjects under control at the conclusion of monitoring.
Efficient utilization of energy resources and energy efficiency is geared not only toward resource conservation but also fosters conditions for sustainable economic development and the production of competitive and more affordable industrial and agricultural goods. Consequently, by employing energy more effectively, entrepreneurs engaged in diverse businesses can amplify profit margins by reducing operational expenses (overheads).
The Rules came into effect on July 17, 2023.
Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları qəbul olunmuşdur
Sənəd: Azərbaycan Respublikasının Prezidentinin 17 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası (“Qaydalar”)
İmzalanma tarixi: 17 iyul 2023-cü il
Şərh: Qayda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hazırlanmışdır və enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Müvafiq sahədə nəzarət Azərbaycan Respublikasının Energetika Nazirliyi (“Nazirlik”) tərəfindən həyata keçirilir.
Müvafiq sahədə nəzarət aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
1. Məcburi enerji auditinin keçirilməsi;
2. Enerji menecmenti sisteminə dair tələblərə əməl edilməsi;
3. Nəzarət subyektləri tərəfindən enerji idarəçilərinin (menecerlərin) təyin olunması;
4. İstehlak olunan enerjinin hesablanması;
5. Məlumatların istehlakçılara çatdırılması və qorunması;
6. Enerji effektivliyi potensialının qiymətləndirilmə nəticələri nəzərə alınmaqla, enerji istehsalçıları üçün enerji resurslarından səmərəli istifadəyə dair müəyyən edilmiş öhdəliklərin icrası.
Qaydalarda monitorinqlərin həyata keçirilmə üsulları, Nazirlik tərəfindən monitorinqin yekununda nəzarət subyektləri barəsində gördüyü tədbirlər də nəzərdə tutulmuşdur.
Enerji resurslarından səmərəli istifadə və enerji səmərəliliyi yalnız resurslara qənaət edilməsinə hədəflənməklə məhdudlaşmayıb, həmçinin dayanıqlı iqtisadi inkişafa, eləcə də rəqabətədavamlı və daha az xərcli sənaye və kənd təsərrüfatı məhsullarının istehsalına şərait yaratmaqdadır. Beləliklə, enerjidən daha səmərəli istifadə etməklə, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar əməliyyat xərclərini azaltmaqla daha çox gəlir (mənfəət) əldə edə bilər.
Qaydalar 17 iyul 2023-cü ildən etibarən qüvvəyə minib.