Document: Law of the Republic of Azerbaijan “On Amendments to the Law of the Republic of Azerbaijan "On the Approval, Entry into Force of the Town-Planning and Construction Code of the Republic of Azerbaijan and Legal Regulation Related Thereto" ("Law")

Date of signing: 30 May 2023

Commentary: With the entry in force of the Law, exploitation of the construction objects built before June 1, 2023, which are not in compliance with the requirements of the Town-Planning and Construction Code will be allowed in case an official opinion confirming the reliability and safety of such objects is issued.

According to other legislative changes, it is prohibited to connect certain construction objects to the gas distribution, water supply, and sewage network. Such objects are as follows:

  • Construction objects which have been built or are in the process of building without obtaining required construction permit,
  • Construction objects, which are subject to the notification process, but have been built or are in the process of building without waiting for a response from the relevant executive authority for the start of works.

Accordingly, criminal liability has been determined for the illegal connection of the above-mentioned construction objects to the engineering and communication systems by the officials of the natural gas, water, sewage, electricity or heat energy supply enterprises. Criminal liability includes the implementation of the following sanctions:

  • Fine in the amount of 2 (two) to 4 (four) thousands of Azerbaijani manats; or
  • Restriction of freedom for up to 3 (three) years with or without the right to hold a certain position or engage in certain activities for a period of up to 3 (three) years; or
  • Imprisonment for up to 2 (two) years.

The changes entered into force on June 14, 2023.

Bəzi tikinti obyektlərinin istismarı və onların qazpaylayıcı, su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması barədə yeni qaydalar müəyyən edilib.

Sənəd: “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalanma tarixi: 30 may 2023-cü il

Şərh: Qanunun qüvvəyə minməsi ilə 2023-cü il iyunun 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına belə obyektlər Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun şəkildə inşa edilmədiyi halda, lakin onların etibarlılığı və təhlükəsizliyi barədə rəy verilmişdirsə, icazə verilir.

Qanunvericiliyə edilmiş digər dəyişikliklərə əsasən, bəzi tikinti obyektlərinin qazpaylayıcı , su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan edilmişdir. Belə obyektlərə aşağıdakılar aiddir:

  • tikintiyə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan,
  • barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərin başlanması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən cavab gözləmədən inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektləri.

Müvafiq olaraq, yuxarıda qeyd olunan tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması üçün cinayət məsuliyyəti müəyyən olunmuşdur. Cinayət məsuliyyəti aşağıdakı sanksiyaların tətbiqini nəzərdə tutur:

  • 2 (iki) min manatdan 4 (dörd) min manatadək miqdarda cərimə; və ya
  • 3 (üç) ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhdudlaşdırılması; və ya
  • 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə.

Dəyişikliklər 14 iyun 2023-cü ildən etibarən qüvvəyə minib.

Contact