March edition of our monthly Newsletter touches upon the legislative updates on the: i) new rules for special quarantine regime, ii) validity of non-notarized purchase and sale contracts, iii) simplified visa procedure for Formula 1 participants, iv) new restriction on the importation of passenger cars.
Some restrictions applied under the special quarantine regime have been eliminated
Document: Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan “On additional measures to remove some restrictions applied under the special quarantine regime” ("Decision")
Date of signing: March 27, 2023
Commentary: According to the Decision, from 06:00 on March 28, 2023, COVID-19 passport (a document confirming full vaccination against COVID-19 or immunity after recovery from COVID-19) requirement has been annulled: i) for the entry of citizens of foreign countries and citizens of other countries permanently residing in those countries, as well as stateless persons into the Republic of Azerbaijan, and ii) for the entry to specified places (places where festive ceremonies are held, sports and health-rehabilitation facilities, large shopping centers, public catering facilities, hotels, inter-city (inter-district) transport routes and other places where such a requirement is established).
However, under the special quarantine regime, in effect until 06:00 on May 01, 2023, the decision on suspension of entry and exit to the territory of the Republic of Azerbaijan by land transport, except for cargo transportation, remains in force.
The Plenum of the Constitutional Court of the Republic of Azerbaijan has adopted a decision regarding the case on validity of the purchase and sale contract of the land plot under joint ownership concluded in a non-notarized manner
Document: Decision of the Plenum of the Constitutional Court of the Republic of Azerbaijan verifying the compliance of the decision of the Civil Collegium of the Supreme Court of the Republic of Azerbaijan on the complaint of F. Najafova dated November 18, 2021, with the Constitution and laws of the Republic of Azerbaijan ("Decision")
Date of signing: March 3, 2023
Commentary: The Decision has been adopted in relation to the claim to consider valid the unnotarized contract concluded without the participation of all the owners of the land under joint ownership, but was executed for a certain period of time.
According to the Decision, the implied actions and behavior (for example, acceptance of the things executed under the contract, provision of the documents related to the item, no objection towards the other party for its uninterrupted and obvious use of the item over a long period of time, etc.) of the represented person in relation to a certain contract, which is subject to a mandatory form requirement from a legal point of view and is concluded without the observance of the form requirement, indicates their approval of the contract.
The Plenum of the Constitutional Court notes that if the owner of the jointly owned property, who does not apparently consent to the conclusion of the contract, is aware of this contract and the actions and behavior showing approval of this contract are clearly apparent from the circumstances of the case, in that case concluding without fully and comprehensively investigating the circumstances of the case that the any of the co-owners did not agree to this contract due to the absence of their signature would lead to a result contrary to the principles of good faith and the inadmissibility of abuse of rights under the civil law. While considering claims that the contract is not legally valid due to the lack of signature (absence of consent) or non-observance of the form requirement, the courts should not approach the case from formal considerations, but should thoroughly investigate all the facts of the case to determine the honesty and consistency of the parties' behavior, and determine whether the concluding result is in accordance with the principles of fairness and honesty and only after that the court should adopt a relevant decision.
As a conclusion, if the purchase and sale contract concluded without the consent of the owners of the land plot under joint ownership is later approved by the owners by their actions, such contract is considered valid.
Visa procedures have been simplified for foreigners coming to the Republic of Azerbaijan in connection with the 2023 Formula 1 Azerbaijan Grand Prix
Document: Order of the President of the Republic of Azerbaijan “On the simplification of visa procedures for foreigners and stateless persons arriving to the Republic of Azerbaijan in connection with the organization and conduct of the 2023 Formula 1 Azerbaijan Grand Prix” ("Order")
Date of signing: March 29, 2023
Commentary: The Order states that foreigners and stateless persons arriving to the Republic of Azerbaijan in connection with the 2023 Formula 1 Azerbaijan Grand Prix race (for organization or participation) and presenting any of the following documents can obtain a visa at the international airports of the Republic of Azerbaijan from April 1 to May 15, 2023:
- Accreditation card or other document confirming accreditation in accordance with the relevant regulations of the international organizers of Formula 1 races: the Formula One Management Limited Company and the International Automobile Federation (FIA);
- accreditation card confirming the accreditation at the Baku City Circuit;
- ticket for 2023 Formula 1 Azerbaijan Grand Prix, including an electronic ticket or a document confirming the purchase of the ticket.
Decision to restrict the importation of passenger cars over 10 years old into the territory of the Republic of Azerbaijan has been adopted
Document: Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan "On restricting the importation of used passenger cars into the customs territory of the Republic of Azerbaijan" ("Decision")
Date of signing: March 29, 2023
Commentary: According to the Decision, the import of passenger cars over 10 years old (except for rare passenger cars and passenger cars temporarily brought to the customs territory) to the territory of the Republic of Azerbaijan is restricted.
The Decision enters into force 30 (thirty) days after its signing.
Qanunvericiliyə Dair Mühüm Dəyişikliklər
Mart 2023-cü il
Qanunvericiliyə edilən dəyişikliklər üzrə may ayı buraxılışımız bu mövzulara toxunur: i) xüsusi karantin rejimi üzrə yeni qaydalar, ii) qeyri-notarial qaydada bağlanan alğı-satqı müqavilələrinin etibarlılığı, iii) Formula 1 iştirakçıları üçün sadələşdirilmiş viza proseduru, iv) minik avtomobillərinin ölkəyə gətirilməsində yeni məhdudiyyət.
Xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb
Sənəd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Qərarı (“Qərar”)
İmzalanma tarixi: 27 mart 2023-cü il
Şərh: Qərara əsasən, 28 mart 2023-cü il saat 06:00-dan COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi: i) xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı və ii) müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün ləğv edilmişdir.
Bununla belə, 01 may 2023-cü il saat 06:00-dək qüvvədə olan xüsusi karantin rejiminə əsasən, yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılması qərarı qüvvədə qalır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu birgə mülkiyyətdə olan və qeyri-notarial qaydada bağlanan torpaq sahəsinin alğı-satqısı müqaviləsinin etibarlı hesab edilməsi halı üzrə Qərar qəbul edib
Sənəd: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarı (“Qərar”)
İmzalanma tarixi: 3 mart 2023-cü il
Şərh: Qərar birgə mülkiyyətdə olan torpaq sahəsinin bütün mülkiyyətçilərinin iştirakı olmadan bağlanmış və notarial qaydada təsdiq edilməmiş, lakin müəyyən müddət ərzində icra olunmuş müqavilənin etibarlı hesab edilməsi üzrə iddia tələbinə münasibətdə qəbul edilmişdir.
Qərara əsasən hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair forma tələbinə riayət olunmasa da təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.
Konstitusiya Məhkəməsi Plenumu qeyd edir ki, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
Beləliklə, birgə mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilərinin razılığı olmadan bağlanan alğı-satqı müqaviləsini sonradan mülkiyyətçilər öz hərəkətləri ilə təsdiqləyirlərsə (bəyənərsə), bu əqd etibarlı hesab olunur.
2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilib
Sənəd: Azərbaycan Respublikası Prezidentinin “2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” Sərəncamı (“Sərəncam”)
İmzalanma tarixi: 29 mart 2023-cü il
Şərh: Sərəncamda qeyd edilir ki, 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və aşağıdakı sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il aprelin 1-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər:
- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
- Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
- 2023 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinin məhdudlaşdırılması barədə qərar qəbul edilib
Sənəd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərarı (“Qərar”)
İmzalanma tarixi: 29 mart 2023-cü il
Şərh: Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılır.
Qərar imzalandığı gündən 30 (otuz) gün sonra qüvvəyə minir.