In pursuance of Law of the Republic of Azerbaijan on “Personal Data” № 998-IIIQ dated 11 May 2010
I hereby give my consent to KPMG in Azerbaijan1 (hereinafter KPMG, operator) to the processing (including receipt from me and/or from any third parties) of my personal data (hereinafter Personal Data) and confirm that in giving said consent I am acting freely and on my behalf.
This consent applies to the following information:
- first name, last name, patronymic (the latter – if any), including previous first name, last name, patronymic;
- year, month, day and place of birth;
- sex;
- passport information or any other ID document;
- contact information (phone number, including mobile and home phone number, email including personal email, registration address, residence address);
- information about work experience, employment record and previous places of employment;
- information on current position and place of employment;information about preferred position, salaries and bonuses;
- marital status, information about family composition and members;
- citizenship;
- information about education, professional development, retraining, performance appraisal, membership in a self-regulatory organization of auditors, appraisers and other professional certifications;
- information about a person’s registration with the military authorities;
- CV and biographical data, letters of reference;
- information about social benefits, compensations, guarantees, pension and insurance;
- a photo or video including a digital copy;
- work permit and migration card details;
- knowledge of foreign languages;
- other information that I have disclosed in my CV and (or) that KPMG may require for the purposes listed below.
This consent shall apply to any actions with respect to my Personal Data, which are required to achieve the purposes below including but not limited to: collection, classification, accumulation, storage, revision (update, change), use, distribution (including transfer), blocking, destruction, cross-border transfer to foreign countries (members of the Convention for the Protection of Individuals with regard to Automatic Processing of Personal Data, other countries that ensure / fail to ensure adequate protection of the rights of personal data subjects) and also the performance of any other actions with my Personal Data, with due account of effective legislation.
I give my consent to the processing of my Personal Data for the following purposes (confirm the marked goals):
— promotion of employment with KPMG in Azerbaijan (migration services, if required, namely visa support, translation of necessary documents to foreign languages, etc.);
— inclusion to KPMG talent pool on the conditions described in the Regulations on the talent pool of KPMG in Azerbaijan available under the link.
Processing of Personal Data shall be performed by KPMG by applying the following main methods (but not limited to them): storage, recording on electronic media and their storage, marking and various forms of personal data processing (both automated and manual).
I hereby also agree that in order to achieve the above purposes my Personal Data can be transferred (provided confidentiality and protection of Personal Data is maintained during processing) to other member firms of the KPMG network of independent member firms affiliated with KPMG International Limited, a English entity. For more information about KPMG network of independent member firms see www.kpmg.com.
I hereby recognize and confirm that, should it be necessary to submit the Personal Data to achieve the above purposes (provided confidentiality and protection of Personal Data is maintained during processing) to a third party (including external consultants) and equally in order to involve third parties in the provision of services for the above purposes, should it be necessary for KPMG to transfer its functions to another person, KPMG may disclose information about me personally in the amount required for the performance of the above actions, including my Personal Data, to said third parties, their agents and other persons duly authorized by them, and also provide corresponding documents containing such information to said persons. I also hereby recognize and confirm that I grant this consent to the third parties indicated above, with due account of corresponding changes, and that such third parties shall have the right to process my Personal Data on the basis of this consent.
In order to specify or obtain additional information about you requests to other organizations may by submitted, including your previous places of employment; when providing KPMG with details of such contact persons whom requests may be sent, the responsibility for obtaining their consent to processing such Personal Data rests with you.
This consent has been issued until achievement of the above purposes or my withdrawal of this consent.
I have the right to withdraw my consent to the processing of Personal Data at any moment throughout its term of validity by:
— i sending a relevant written request to the operator's location address;
— ii sending a relevant request in electronic form to ccadataprivacy@kpmg.com
Should the consent to the personal data processing be withdrawn (excluding the cases when personal data is processed without the subject’s consent on the grounds provided by legislation of the Republic of Azerbaijan), the operator shall stop processing the personal data or ensure that personal data processing is stopped (if the processing of personal data is performed by a third party on behalf of the operator), or, in case the storage of Personal Data no longer needed for the above purpose, destroy such Personal Data or ensure their destruction (if the processing of Personal Data is performed by a third party on behalf of the operator) no later than 30 days after the request for withdrawal is received.
VAKANSİYALAR ÜZRƏ NAMİZƏDLƏRİN FƏRDİ MƏLUMATLARININ İŞLƏNMƏSİNƏ RAZILIQ
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 998-IIIQ nömrəli Qanununun tələblərinə uyğun olaraq
Mən “KPMG Azərbaycan”ın (bundan sonra “KPMG”, “operator”) mənim fərdi məlumatlarımı (bundan sonra “Fərdi məlumatlar”) işləməsinə (o cümlədən məndən və/və ya üçüncü tərəfdən almasına) razılıq verirəm və bu icazəni öz iradəmlə və öz adımdan verdiyimi təsdiq edirəm.
Hazırkı razılıq aşağıdakı məlumatlara şamil edilir:
• Ad, soyad, ata adı (sonuncusu əgər varsa), o cümlədən əvvəlki ad, soyad və ata adı;
• doğulduğu il, ay, gün və yer;
• cins;
• pasportdakı məlumatlar və ya şəxsiyyəti təsdiq edən digər sənəddəki məlumatlar;
• əlaqə vasitələri (telefon nömrəsi, o cümlədən şəxsi mobil və ev telefonu nömrələri, elektron ünvan, o cümlədən şəxsi elektron ünvanı, qeydiyyat ünvanı, faktiki yaşayış ünvanı);
• iş təcrübəsi, əmək stajı və əvvəlki iş yerləri haqqında məlumat;
• cari vəzifəsi və iş yeri haqqında məlumat;maraqlandığı vəzifə, əmək haqqı və mükafatlar haqqında məlumat;
• ailə vəziyyəti, ailə tərkibi və üzvləri haqqında məlumat;
• vətəndaşlıq;
• təhsil, ixtisasartırma, təkrar təlim, attestasiya və peşə sertifikatları (müstəqil audit, qiymətləndirici və digər peşə təşkilatlarında üzvlük) haqqında məlumat
• hərbi qeydiyyat haqqında məlumat;
• CV və tərcümeyi-hal, tövsiyə məktubları;
• sosial müavinət, təzminat, zəmanət, təqaüd və sığorta haqqında məlumat;
• foto və video, o cümlədən rəqəmsal surətləri;
• iş icazəsi haqqında və miqrasiya sənədindəki məlumatlar;
• xarici dil bilgiləri haqqında məlumat;
• CV-də açıqladığım və (və ya) aşağıda sadalanan səbəblərdən KPMG-in tələb edə biləcəyi digər məlumatlar
Hazırkı razılıq aşağıda sadalanan, lakin onlarla məhdudlaşmayan məqsədlərə nail olmaq üçün mənim Fərdi məlumatlarımla bağlı görülən bütün tədbirlərə şamil edilir: toplama, təsnifat, yığma, saxlama, yeniləmə, dəyişmə, istifadə, paylama (o cümlədən ötürmə), bloklama, məhvetmə, digər ölkələrə (“Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiyasının üzvlərinə və fərdi məlumat subyektlərinin adekvat mühafizəsini təmin edən/edə biləmən digər ölkələrə) transsərhəd ötürmə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq Fərdi məlumatlarımla bağlı digər tədbirlərin icrası
Fərdi məlumatlarımın işlənməsinə aşağıdakı məqsədlərlə razılıq verirəm (işarələnmiş məqsədləri təsdiq edirəm):
— KPMG Azərbaycanda işə qəbul edilmək (o cümlədən, tələb olunarsa, miqrasiya xidmətləri, yəni viza dəstəyi, zəruri sənədlərin xarici dilə tərcüməsi və s.);
— KPMG Azərbaycanın bu linkdə göstərilən kadrlar ehtiyatı haqqında Nizamnaməsinin şərtlərinə uyğun olaraq KPMG-in kadrlar ehtiyatına daxil edilmə.
Fərdi məlumatların işlənməsi aşağıdakı əsas üsulların (bunlarla məhdudlaşmayaraq) tətbiqi ilə həyata keçirilməlidir: saxlama, elektron daşıyıcılara yazma və saxlama, meyarlar əsasında yoxlama və fərdi məlumatın digər işlənməsi üsulları (həm avtomatlaşdırılmış, həm də avtomatlaşdırılmamış)
Həmçinin mən yuxarıda sadalanan məqsədlərə nail olmaq üçün Fərdi məlumatlarımın ingilis şirkəti olan “KPMG International Limited” müstəqil şirkətlər şəbəkəsinin üzvü olan digər şirkətlərə ötürülə biləcəyinə (işlənmə zamanı Fərdi məlumatların məxfiliyinin və mühafizəsinin təmin edilməsi şərtilə) razılıq verirəm. Müstəqil KPMG şirkətləri şəbəkəsi haqqında ətraflı məlumat www.kpmg.com saytında təqdim olunmuşdur.
Hazırkı sənədlə mən qəbul edirəm və təsdiq edirəm ki, yuxarıda sadalanan məqsədlərə nail olmaq üçün Fərdi məlumatları üçüncü tərəflərə (o cümlədən kənar məsləhətçilərə) təqdim etmək zərurəti yaranarsa (işlənmə zamanı Fərdi məlumatların məxfiliyinin və mühafizəsinin təmin edilməsi şərtilə) və eynilə yuxarıda sadalanan məqsədlərlə xidmətlərin göstərilməsi üçün üçüncü tərəfləri cəlb etmək üçün KPMG öz vəzifələrini hər hansı başqa şəxsə ötürməli olarsa, KPMG şəxsən mənim haqqımda olan məlumatı yuxarıda sadalanan tədbirlərin görülməsi üçün lazım olan həcmdə yuxarıda sözügedən üçüncü tərəflərə, onların agentlərinə və onların səlahiyyət verdiyi şəxslərə açıqlaya, həmçinin belə məlumatın olduğu müvafiq sənədləri həmin şəxslərə təqdim edə bilər. Hazırkı sənədlə mən qəbul edirəm və təsdiq edirəm ki, mən bu razılığı müvafiq dəyişiklikləri nəzərə almaqla yuxarıda göstərilən üçüncü tərəflərə verirəm və bu üçüncü tərəflər mənim Fərdi məlumatlarımı bu razılıq əsasında işləyə bilər.
Haqqınızda olan məlumatın dəqiqləşdirilməsi və ya əlavə məlumatın alınması üçün digər təşkilatlara, o cümlədən keçmiş iş yerinizə, sorğular göndərilə bilər; sorğuların göndərilə biləcəyi belə şəxslərin əlaqə vasitələrini KPMG-ə verərkən bu Fərdi məlumatın işlənməsinə razılığın alınmasına görə siz cavabdehsiniz.
Hazırkı razılıq yuxarıda göstərilən məqsədlərə nail olanadək və ya mənim bu razılığı geri çağırdığım anadək verilir.
Fərdi məlumatların işlənməsinə verdiyim razılığı qüvvədə olduğu müddət ərzində istənilən anda aşağıdakı yollarla geri çağıra bilərəm:
— i operatorun olduğu ünvana yazılı ərizə göndərməklə;
— ii ccadataprivacy@kpmg.com ünvanına elektron ərizə göndərməklə.
Fərdi məlumatların işlənməsinə verilən razılıq geri çağırılarsa (Fərdi məlumatların Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq subyektin razılığı olmadan işləndiyi hallar istisna olmaqla) operator geri çağırılma ərizəsi alındıqdan sonra 30 gündən gec olmayan müddət ərzində fərdi məlumatın işlənməsini dayandırmalı və ya belə işlənmənin dayandırılmasını təmin etməli (fərdi məlumatın işlənməsini operatorun adından üçüncü tərəf həyata keçirərsə) və ya Fərdi məlumat yuxarıdakı məqsəd üçün lazım olmadıqda onu məhv etməli və ya məhv edilməsini təmin etməlidir (fərdi məlumatın işlənməsini operatorun adından üçüncü tərəf həyata keçirərsə).