Bu altı komponentin qarşılıqlı əlaqəsini düzgün başa düşmək inteqrasiya olunmuş və yüksək effektiv həllin qurulması üçün əsas şərtdir.
Güclü Texnologiya (Powered Technology)
Güclü Texnologiya biznesə əsaslanan yanaşma ilə qabaqcıl və inkişaf edən texnologiyalardan istifadə etməyə və transformasiyanı sürətləndirməyə imkan verir.
Müəssisələrin bazar tələblərinə çevik cavab verməsi üçün onların texnologiya dəyişikliklərini sürətli şəkildə tətbiq etmək qabiliyyəti olmalıdır. Güclü Texnologiya ilkin olaraq bulud əsaslı yanaşma kimi formalaşdırılmışdır və KPMG tərəfindən aparıcı texnologiya şirkətləri ilə qurulmuş strateji tərəfdaşlıqlara əsaslanır.
Bu model yalnız buludla məhdudlaşmır. O, süni intellekt, maşın öyrənməsi, data və analitika kimi qabaqcıl texnologiyalara əsaslanan rəqəmsal həllər toplusunu əhatə edir. Bu həllər əməliyyat səmərəliliyini artırmağa yönəlib və nəticədə daha yüksək performans və daha sürətli dəyər əldə etməyə imkan verir.
Transformasiya təşəbbüsü zamanı funksional prosesləriniz üçün uyğun rəqəmsal həllərin hansı ssenarilərdə tətbiq olunacağını müəyyən etmək çətin ola bilər. Bu məqsədlə KPMG tərəfindən aşağıdakı beş rəqəmsal aktivləşdirmə kateqoriyası istifadə olunur:
- Qarşılıqlı əlaqə (Engagement): Texnologiya, data və süni intellekt vasitəsilə işçi və müştəri təcrübəsinin təkmilləşdirilməsi üzrə əməkdaşlıq.
- Avtomatlaşdırma (Automation): Biznes proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması
- Süni intellekt (Artificial Intelligence): Qərarvermənin təkmilləşdirilməsi, proqnozlaşdırma və analitika, eləcə də ağıllı proseslərin qurulması
- Eyni zamanda, süni intellekt digər bütün kateqoriyalar üzrə kəsişən imkan kimi tətbiq olunur
- Data: Müəssisə üzrə data idarəetməsinin qurulması, analizi və biznes dəyərinə çevrilməsi
- Platforma / Ətraf mühit (Platforms / Environment): Bulud əsaslı və müasir texnoloji infrastruktur üzərində çevik və miqyaslana bilən həllərin təmin edilməsi
Güclü Təkamül (Powered Evolution)
Güclü Təkamül funksional transformasiyanı davamlı olaraq optimallaşdırmaq üçün nəzərdə tutulmuş tələb üzrə xidmətdir.
Bu model funksiyanın yüksək səviyyədə fəaliyyətini davamlı şəkildə təmin etmək məqsədilə qlobal proses və texnoloji resursları yerli təcrübə ilə birləşdirən çoxsəviyyəli KPMG-nin qlobal çatdırılma şəbəkəsi vasitəsilə təqdim olunur.
Hər bir transformasiya unikal ola bilər, lakin adətən Güclü Təkamül aşağıdakı üç əsas sahəni əhatə edir:
1. Əsas xidmətlər
Müraciətlərin (case) idarə olunması, rüblük yeniləmə dəstəyi, yamaqların (patch) idarə edilməsi, biliklərin idarə edilməsi, xidmət masası, əməliyyatların idarə edilməsi və sınaq
2. Zənginləşdirmə xidmətləri
Konfiqurasiya dəyişiklikləri, inkişaf və təkmilləşdirmələr, təhlükəsizlik və nəzarət, data inteqrasiyası, interfeys xidmətləri və hesabatların hazırlanması
3. İdarəetmə
Relizlərin planlaşdırılması və idarəsi, dəyişikliklərin idarə olunması və hesabatlılıq
Güclü Təkamül üçün bacarıqlar
Transformasiya investisiyasından əldə edilən dəyəri maksimuma çatdırmaq üçün KPMG-nin müxtəlif ölkələrdə fəaliyyət göstərən üzv şirkətlərində çalışan ixtisaslı mütəxəssislərdən ibarət xüsusi komandalar mövcuddur.
Güclü Təkamül davamlı dəyişikliklərə uyğunlaşmaq üçün zəruri bacarıq və resursların optimal kombinasiyasını təmin edir və biznesinizi irəli aparan davamlı dəyər yaratmağa kömək edir.