May edition of our monthly Newsletter touches upon the changes to the legislation provisions on the: i) obtainment of temporary residence permits, ii) compensation to employees due to the delay of the salary, iii) new benefits for the entrepreneurs, iv) new law on the electricity power; and v) new cyber security strategy for financial markets in the Republic of Azerbaijan.
Overview of recent changes in the Azerbaijani legislation which could materially impact your business.
New grounds and limitations for the issuance of a temporary residence permit in the territory of the Republic of Azerbaijan have been determined.
Document: Law of the Republic of Azerbaijan “On amendments to the Migration Code of the Republic of Azerbaijan” ("Law")
Date of signing: April 4, 2023
Commentary: According to the Law, the new ground for granting temporary residence permits is related to owning securities in the Republic of Azerbaijan. Henceforth, if a foreigner or a stateless person:
- owns state securities with a nominal value of at least 100,000 Azerbaijani manats; or
- owns the same amount of investment securities of a legal entity whose shares (stocks) are 51 percent or more owned by the state,
that person will be eligible to apply for the obtainment of a temporary residence permit on that ground.
Another amendment on the obtainment of the temporary residence permits has been adopted for the foreigners and stateless persons who hold a position of head of a legal entity1. As of now, if a foreigner or a stateless person is willing to apply for a temporary residence permit as the head of the legal entity, the paid-up charter capital of such entity acting as the employer must not be less than the amount approved by the relevant executive authority. It must be noted that the requirements for the charter capital mentioned herein shall not apply to: i) business entities that have an investment promotion document or a "Startup" certificate and operate in the economic regions determined by the relevant executive authority, ii) non-commercial legal entities, residents of the industrial park, industrial district and agricultural park, therefore, they will be able to submit applications same as before.
In parallel, the foreigners and stateless persons owning at least 51 percent of the shares (stocks) of the legal entity1 (required paid-up charter capital applies here as well) are also eligible to obtain the temporary residence permit now.
Up until now, the migration provisions in force also allowed the deputy heads of the legal entities1 to obtain a temporary residence permit (as in the case for the heads of the entity) without the obtainment of work permits. By contrast, after the new amendments, the deputy heads no longer qualify for a work permit exemption and should apply for both work and temporary residence permits.
The Law entered into force on May 16, 2023.
Entrepreneurs engaged in manufacturing activities in the liberated territories will be granted financial aid for the use of communal services.
Document: Decree of the President of the Republic of Azerbaijan “On granting financial aid for the use of communal services to entrepreneurs engaged in manufacturing activities in the territories liberated from occupation” ("Decree")
Date of signing: May 1, 2023
Commentary: The decision has been taken on the payment of financial aid from the state budget to the entrepreneurs engaged in manufacturing activities in the territories liberated from occupation. From now on, referred entrepreneurs will receive financial aid in the amount of 20 (twenty) percent of the funds they pay in accordance with the tariffs of utility services (electricity, natural gas, water supply and wastewater discharge service) consumed monthly and such aid will be provided for a period of 10 (ten) years starting from January 1, 2023.
The Decree came into force on May 1, 2023.
New law on electricity power has been adopted.
Document: Decree of the President of the Republic of Azerbaijan “On the implementation of the Law No. 858-VIQ of the Republic of Azerbaijan dated April 11, 2023 "On Electricity Power" ("Decree")
Date of signing: May 19, 2023
Commentary: The new Law of the Republic of Azerbaijan "On Electricity Power" will be implemented in three steps:
- Initially, from the date of entry into force of the Law, 1 January 2024, through 30 June 2025, inter alia, management of electricity generation and transmission will be separated.
- In the second stage, from 1 July 2025, through 30 June 2028, the market operator (a separate legal entity under the transmission system operator) will be formed, management of electricity distribution and electricity supply will be separated.
- Starting from 1 July 2028, the conditions the Law lists for a fully regulated market in the power industry, such as functioning of an independent market operator, will have been established.
In comparison with the existing law, here the scope of basic concepts has been expanded, rules regulating market relations in the electric power sector, the rights and duties of market participants, and issues such as the organization and operation of the electric power market have been broadly defined. As of 1 January 2024, the existing law on Electricity Power, No. 459-IQ of 3 April 1998, will cease to have effect.
The Plenum of the Constitutional Court of the Republic of Azerbaijan adopted a new decision regarding the case of payment of compensation for the delay of the employee's salary on account of the fault of the employer.
Document: Decision of the Plenum of the Constitutional Court on behalf of the Republic of Azerbaijan on the interpretation of Article 172, Part 5 of the Labor Code (“Decision”)
Date of signing: April 11, 2023
Commentary: The Decision was adopted in relation to the employer's request that the payment of at least one percent of the employee's salary for the days delayed due to the employer's fault is unlawful according to the Labor Code2 if such delay established an individual labor dispute.
The Plenum of the Constitutional Court noted that in the case of an individual labor dispute, taking a different approach and non-payment of the compensation to the employees who applied to the court due to the delay in their salaries would lead to an unequal situation among the employees. Moreover, the labor legislation determines that the employer is obliged to pay the employee the salary determined for the work the employee executes
- regardless of its financial situation;
- and within the time limits established by the Labor Code.
The regulation of labor relations is based on the principle of equality of rights and interests of both parties (employer and employee) involved. Considering this, the Plenum of the Constitutional Court determined in its decision that the provision of "for each delayed day, the employee must be paid in the amount of at least one percent of the salary" should be applied even when an individual labor dispute arises.
Thus, if described event occurs, the employee may apply to the court for payment of compensation within 1 year from the day he/she discovered that his/her rights were violated, and the presence of an individual labor dispute will not result in the deviation of the employer to pay the compensation.
The Decision entered into force on April 11, 2023.
New cyber security strategy for the financial markets has been adopted.
Document: "Cybersecurity Strategy for Financial Markets" of the Central Bank of the Republic of Azerbaijan for the years of 2023-2026 ("Strategy")
Date of adoption: May 12, 2023
Commentary: The main goal of the Strategy is to strengthen information security and cyber security in the Central Bank of the Republic of Azerbaijan and other financial institutions operating in the country, as well as to determine the main directions of action for more effective prevention of modern cyber security threats and cyber-attacks.
5 priorities: i) strengthening the regulatory and control framework for information security and cyber security in financial markets; ii) strengthening the culture of cyber risk management in financial markets; iii) forming the management framework of information technologies in order to strengthen the level of cyber security in financial markets; iv) strengthening cyber resilience in financial markets; v) formation of the culture of information security and cyber security in financial markets, as well as an action plan and timetable for the implementation of such priorities have been defined by the Strategy.
The Strategy came into force on the date of its adoption.
1 Legal entity mentioned her means a legal entity founded in the Republic of Azerbaijan and its founder or at least one of the founders is a foreign legal entity or natural person.
2 The employer referred to the Article 172, Part 5 of the Labor Code of the Republic of Azerbaijan currently in force.
Qanunvericiliyә Dair Mühüm Dәyişikliklәr
May 2023-cü il
Qanunvericiliyə edilən dəyişikliklər üzrə may ayı buraxılışımız bu mövzulara toxunur: i) müvəqqəti yaşamaq üçün icazələrin alınması, ii) əmək haqqının gecikməsinə görə işçilərə ödənilən kompensasiyalar, iii) sahibkarlar üçün yeni güzəştlər, iv) elektroenergetika haqqında yeni qanun; və v) Azərbaycan Respublikasında maliyyə bazarları üçün yeni kibertəhlükəsizlik strategiyası.
Biznes fəaliyyətinizə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək Azərbaycan qanunvericiliyinə edilən son dəyişikliklərin icmalını Sizin diqqətinizə çatdırırıq.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin verilməsi üçün yeni hallar və məhdudiyyətlər müəyyən edilib.
Sənəd: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (“Qanun”)
İmzalanma tarixi: 4 aprel 2023-cü il
Şərh: Qanuna əsasən, müvəqqəti yaşamaq üçün icazələrin verilməsi üzrə yeni əsas Azərbaycan Respublikasında qiymətli kağızlara sahib olmaqla bağlıdır. Belə ki, əgər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs:
- nominal dəyəri azı 100 000 Azərbaycan manatı olan dövlət qiymətli kağızlarına sahibdirsə; və ya
- eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha çox faizi dövlətə məxsus olan hüquqi şəxsin investisiya qiymətli kağızlarına sahibdirsə;
həmin şəxs bu əsasla müvəqqəti yaşayış icazəsinin alınması üçün müraciət edə bilər.
Müvəqqəti yaşamaq üçün icazələrin alınması ilə bağlı digər dəyişiklik hüquqi şəxsin1 rəhbəri vəzifəsini tutan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün qəbul edilib. Hazırda əcnəbi və ya vətəndaşlığı olmayan şəxs hüquqi şəxsin3 rəhbəri kimi müvəqqəti yaşamaq üçün icazə almaq üçün müraciət etmək niyyətindədirsə, işəgötürən qismində çıxış edən həmin hüquqi şəxsin ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məbləğdən az olmamalıdır. Qeyd edək ki, burada qeyd olunan nizamnamə kapitalına dair tələblər aşağıdakılara şamil edilmir: i) investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə; ii) qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə, buna görə də bu şəxslər əvvəlki qaydada müvəqqəti yaşama icazəsinin alınması üçün müraciət edə biləcəklər.
Paralel olaraq, artıq hüquqi şəxsin1 paylarının (səhmlərinin) ən azı 51 faizinə sahib olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də (tələb olunan ödənilmiş nizamnamə kapitalı burada da tətbiq edilir) müvəqqəti yaşamaq icazəsini ala biləcəklər.
İndiyədək qüvvədə olan miqrasiya qanunvericiliyi üzrə müddəalar həm də hüquqi şəxslərin1 rəhbər/direktor müavinlərinə iş icazəsi almadan müvəqqəti yaşamaq üçün icazə (hüquqi şəxsin rəhbərlərində olduğu kimi) almağa imkan verirdi. Bunun əksinə olaraq, yeni dəyişikliklərdən sonra rəhbər müavinləri artıq iş icazəsinin alınması tələbindən azad olmayacaqlar və həm iş, həm də müvəqqəti yaşamaq icazəsi üçün müraciət etməlidirlər.
Qanun 16 may 2023-cü il tarixində qüvvəyə minmişdir.
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstəriləcək.
Sənəd: İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Fərman”)
İmzalanma tarixi: 1 may 2023-cü il
Şərh: Fərmanla işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilməsi barədə qərar müəyyən olunmuşdur. İstinad edilən sahibkarlar 2023-cü il yanvarın 1-dən 10 (on) il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi məbləğində maliyyə yardımı qəbul edəcəklər.
Qərar 1 may 2023-cü il tarixindən qüvvəyə minmişdir.
Elektroenergetika haqqında yeni qanun qəbul edilib.
Sənəd: “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Fərman”)
İmzalanma tarixi: 19 may 2023-cü il
Şərh: “Elektrik enerjisi haqqında” Azərbaycan Respublikasının yeni Qanunu üç mərhələdə həyata keçiriləcək:
- İlkin olaraq, Qanunun qüvvəyə mindiyi tarixdən - 1 yanvar 2024-cü il tarixindən 30 iyun 2025-ci il tarixinədək, elektrik enerjisinin istehsalı və ötürülməsinin idarə edilməsi ayrılacaq.
- İkinci mərhələdə 1 iyul 2025-ci il tarixindən 30 iyun 2028-ci il tarixinədək bazarın operatoru (ötürücü sistem operatoru yanında ayrıca hüquqi şəxs) formalaşdırılacaq, elektrik enerjisinin paylanması və elektrik enerjisi təchizatının idarə edilməsi ayrılacaq.
- 2028-ci il iyulun 1-dən etibarən müstəqil bazar operatorunun fəaliyyət göstərməsi kimi enerji sənayesində tam tənzimlənən bazar üçün Qanunda sadalanan şərtlər müəyyən ediləcək.
Hal-hazırda qüvvədə olan qanunla müqayisədə yeni Qanunda əsas anlayışların əhatə dairəsinin genişləndirilib, elektroenergetika sektorunda bazar münasibətlərini tənzimləyən qaydalar və bazar iştirakçılarının hüquq və vəzifələri, elektrik enerjisi bazarının təşkili və fəaliyyəti kimi məsələlər geniş şəkildə təsbit edilmişdir. 1 yanvar 2024-cü il tarixindən etibarən Elektroenergetika haqqında 3 aprel 1998-ci il tarixli 459-IQ nömrəli qüvvədə olan qanunun qüvvədən düşəcək.
Qərar 1 yanvar 2024-cü ildə qüvvəyə minir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu işəgötürənin təqsiri nəticəsində işçinin əmək haqqının gecikdirilməsinə görə kompensasiya ödənilməsi halı üzrə yeni qərar qəbul edib.
Sənəd: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı (“Qərar”)
İmzalanma tarixi: 11 aprel 2023-cü il
Şərh: Qərar işəgötürənin təqsiri üzündən gecikdirilmiş günlər üçün işçiyə əmək haqqının azı bir faizinin kompensasiya kimi ödənilməsinin fərdi əmək mübahisəsi yaratdıqda Əmək Məcəlləsinə uyğun olaraq qanunsuz olması barədə işəgötürənin tələbi2 ilə bağlı qəbul edilib.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, fərdi əmək mübahisəsi üzrə əməkhaqqının gecikdirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş işçilərə fərqli yanaşma müəyyən etmək və onlara kompensasiya ödənilməməsi işçilər arasında qeyri-bərabər vəziyyətin yaranmasına səbəb ola bilər. Həmçinin, əmək qanunvericiliyi müəyyən edir ki, işəgötürən işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını:
- maliyyə vəziyyətindən asılı olmayaraq;
- Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə
ödəməyə borcludur.
Əmək münasibətlərinin hər iki tərəfin (işəgötürən və işçi) hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu öz Qərarında müəyyən edib ki, “Hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilməlidir.
Belə hal baş verdikdə, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər və fərdi əmək mübahisəsinin yaranmış olması isə işəgötürənin kompensasiyanın ödənilməsindən yayınmasına səbəb ola bilməz.
Qərar 11 aprel 2023-cü ildə qüvvəyə minmişdir.
Maliyyə bazarlarında yeni kibertəhlükəsizlik strategiyası qəbul edilib.
Sənəd: Azərbaycan Respublikası Mərkəzi Bankının 2023-2026-cı illər üçün “Maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası” (“Strategiya”)
Qəbul olunma tarixi: 12 may 2023-cü il
Şərh: Strategiyanın başlıca məqsədi başlıca məqsədi Azərbaycan Respublikasının Mərkəzi Bankı və ölkədə fəaliyyət göstərən maliyyə institutlarında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsi, o cümlədən müasir dövrün kibertəhlükəsizlik təhdidlərinin və kiberhücumların qarşısının daha effektiv alınması üzrə əsas fəaliyyət istiqamətlərinin müəyyən edilməsidir.
Strategiyada 5 prioritet: i) maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tənzimləmə və nəzarət çərçivəsinin gücləndirilməsi; ii) maliyyə bazarlarında kiber risklərin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi; iii) Maliyyə bazarlarında kibertəhlükəsizlik səviyyəsinin gücləndirilməsi məqsədilə informasiya texnologiyalarının idarəetmə çərçivəsinin formalaşdırılması; iv) maliyyə bazarlarında kiber dayanıqlığın gücləndirilməsi; v) maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması, eyni zamanda bu prioritetlərin tətbiqi üçün tədbirlər planı və zaman cədvəli nəzərdə tutulmuşdur.
Strategiya qəbul olunduğu tarixdən qüvvəyə minmişdir.
1 Burada hüquqi şəxs dedikdə Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxs nəzərdə tutulur.
2 İşəgötürən hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinad etmişdir.